Kəmaləddin Heydərov Pakistanın Fəlakətlərin İdarə Olunması Milli Agentliyinin sədri ilə görüşüb - FOTO

Kəmaləddin Heydərov Pakistanın Fəlakətlərin İdarə Olunması Milli Agentliyinin sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 05 iyun 2014 13:01 (UTC +04:00)

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov qeyd edib ki, İslamabad bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləyib, Azərbaycan da, öz növbəsində beynəlxalq tədbirlərdə dost ölkə olan Pakistana dəstəyini əsirgəmir.

Nazir bildirib ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə ölkələrimizin müvafiq qurumları arasında faydalı əməkdaşlığın geniş perspektivləri mövcuddur. Pakistanlı gənclər mülki müdafiə və yanğınsöndürmə sahələrində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil ala bilərlər.

Öz növbəsində, qonaq Pakistanın dost və qardaş Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu, hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib: “Bunun əksinə olaraq, İslamabad işğalçı Ermənistanla diplomatik əlaqələr yaratmayıb”.

O, Azərbaycanın fövqəladə hallar nazirinin təkliflərini yüksək qiymətləndirib, rəhbərlik etdiyi qurumun azərbaycanlı həmkarları ilə daha sıx əməkdaşlıq etmək istədiyini deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR