Livanda avqustda girov götürülmüş türk pilotları azad olunub

Livanda avqustda girov götürülmüş türk pilotları azad olunub
# 20 oktyabr 2013 04:24 (UTC +04:00)

APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bundan az sonra xüsusi ayrılmış təyyarə azad olunmuş pilotları İstanbula gətirib. Qeyd edək ki, 70 gün əsir saxlanılmış pilotları “Atatürk” hava limanında yaxınları, jurnalistlər və baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir qrup rəsmi şəxslər qarşılayıb.

Qeyd edək ki, türk pilotlar Murat Ağca və Murat Akpınar avqustun 9-da Livanın paytaxtı Beyrutda "İmam Rzanın Ziyarətçiləri" adlanan qruplaşmanın silahlı üzvləri tərəfindən qaçırılmışdı.

Türk pilotların azad edilməsi üçün qruplaşma Suriyada müxalifət qüvvələri tərəfindən girov götürülən 9 livanlı zəvvarın azad edilməsi şərtini irəli sürmüşdü. Suriyalı müxalifətçilər livanlı zəvvarları avqustun 19-na keçən gecə azad edilərək Türkiyə tərəfinə təhvil verilib və sonradan Beyruta göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR