Rusiya millisinin futbolçusu “Qəbələ”yə keçə bilər

Rusiya millisinin futbolçusu “Qəbələ”yə keçə bilər
# 30 yanvar 2014 11:19 (UTC +04:00)

Bakı – APA. "Qəbələ" klubu Rusiya millisinin futbolçusu Marat İzmaylovu transfer edir. Apasport.az xəbər verir ki, əyalət təmsilçisinin rəsmi saytında yer alan açıqlamada hazırda Portuqaliyanın “Portu” klubunda oynayan yarımmüdafiəçini icarəyə götürmək istədikləri bildirilir. Artıq klubu və futbolçu ilə danışıqlara başlanılıb.


Qeyd edək ki, Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan İzmaylov Rusiya millisinin heyində 35 oyun keçirib.

2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu öncə "Sportinq" çıxış edib, 2013-cü ildə "Portu"ya keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR