Xaçmazda baş verən qəzada 3 nəfər xəsarət alıb

Xaçmazda baş verən qəzada 3 nəfər xəsarət alıb
# 25 iyun 2013 06:56 (UTC +04:00)

APA-nın şimal bürosunun məlumatına görə, hadisə Xudat-Nabran yolunun 1-ci km-də qeydə alınıb.

Xudat şəhər sakini, 22 yaşlı Elxan Qardaşovun idarə etdiyi 10 GF 188 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil Nabran istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək ağaca çırpılıb.

Nəticədə sürücü və sərnişinlər - Xudat şəhər sakinləri, 27 yaşlı Bahadır Aslanov və 27 yaşlı Tural Umalatov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Xudat Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR