Azərbaycanda bütün yerli icra hakimiyyəti orqanları «Elektron hökumət» portalına qoşulacaq

Azərbaycanda bütün yerli icra hakimiyyəti orqanları «Elektron hökumət» portalına qoşulacaq
# 11 iyun 2013 07:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hazırladığı «2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «Elektron hökumət»in inkişafına dair Dövlət Proqramı» çərçivəsində bütün yerli icra hakimiyyəti orqanlarının «Elektron hökumət» portalına qoşulması gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

E.Vəlizadə qeyd edib ki, hazırda 40 mərkəzi icra orqanlarının hər biri «Elektron hökumət» portalına qoşulub və onlar tərəfindən 217 elektron xidmət göstərilir.

«Ümumiyyətlə, «Elektron hökumət» layihəsinə gündən günə maraq artır və buna paralel olaraq elektron xidmətlərdən istifadə edənlərin sayı da artmaqdadır», - deyə nazir müvaini vurğulayıb.

Qeyd edək ki, «2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və «Elektron hökumət»in inkişafına dair Dövlət Proqramı»nın layihəsi artıq hökumətə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR