Nazirlik: Xəzər dənizinin təxminən 60-70%-i turizm üçün əlverişlidir

Nazirlik: Xəzər dənizinin təxminən 60-70%-i turizm üçün əlverişlidir
# 27 may 2014 10:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda turizm sahəsi sürətlə inkişaf edir. 10 il bundan əvvəl ölkədə 50-60 turizm şirkəti fəaliyyət göstərirdisə, 2013-cü ildə onların sayı 246 olub. Eyni zamanda 10 il bundan əvvəl 97-110 otel fəaliyyət göstərirdisə, ötən ilin nəticələrinə görə ölkədə 500 otel qeydə alınıb.

"APA-Economics"in xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov deyib.

M. Qəhrəmanov bildirib ki, 2013-cü ildə ölkəyə 2 mln.-dan artıq əcnəbi gəlib ki, onların əksəriyyəti turist qismində olub.

Ölkənin turizm potensialından danışarkən sektor müdiri əlavə edib ki, Xəzər dənizinin 600 km-dən çox ərazisi, təxminən 60-70%-ı turizm üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR