Avropa Birliyinin hesabatı: “2013-cü ilin böyük hissəsində Qarabağ danışıqlarının dalana dirənməsi müşahidə olunurdu”

Avropa Birliyinin hesabatı: “2013-cü ilin böyük hissəsində Qarabağ danışıqlarının dalana dirənməsi müşahidə olunurdu”
# 27 mart 2014 13:16 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. “2013-cü ilin böyük hissəsində Minsk prosesi çərçivəsində aparılan danışıqların dalana dirənməsi müşahidə olunurdu”.

APA-nın məlumatına görə, bu barədə 2013-cü ildə Avropa qonşuluğu siyasəti proqramı çərçivəsində Azərbaycanın əldə etdiyi tərəqqi haqqında hesabatda deyilir.

Sənəddə qeyd olunur ki, Qarabağ danışıqlarında tərəqqi əldə edilməsə də, müəyyən fasilədən sonra noyabrda Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub. Həmin görüşdə prezidentlər problemin nizamlanması istiqamətində danışıqlar aparmaq və yaxın aylarda yenidən görüşmək haqda qərar qəbul ediblər.

“Bununla belə 2014-cü ilin əvvəlində qoşunların təmas xəttində gərginliyin artması müşahidə olunub. Avropa Birliyi (AB) Minsk qrupunun həmsədrlərinə davamlı nizamlanma prosesinin asanlaşdırılması işinə tam dəstək verir”, - deyə hesabatda vurğulanıb.

Tövsiyələr qismində Avropa Birliyi Madrid prinsipləri əsasında razılaşmanın əldə edilməsi istiqamətində səyləri aktivləşdirməyə, gərginliyin artmasına və sülh prosesinə zərər yetirə biləcək addım və bəyanatlardan uzaq durmağa, münaqişənin nizamlanması üçün münbit şəraitin yaradılmasına, sülhün bərqərar olunmasına xidmət edən tədbirlərin stimullaşdırılmasına çağırıb.

Konkret olaraq Avropa Birliyi Minsk qrupunun səylərinə əlavə kimi münaqişənin transformasiya fəaliyyətinin dəstəklənməsi üçün öz nümayəndələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə maneəsiz səfər etmələrini təmin etməyə çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR