Suriyada münaqişə başlayandan 11 min uşaq və yeniyetmə həlak olub

Suriyada münaqişə başlayandan 11 min uşaq və yeniyetmə həlak olub
# 25 noyabr 2013 08:33 (UTC +04:00)

APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, bu barədə “Oxford Research Group” araşdırma təşkilatın açıqladığı hesabatda deyilir.

Məlumata əsasən, Suriyada uşaqların çoxu hərbi sursatların partlayışlar, güllə yaraları və kimyəvi silahların istifadəsi nəticəsində həlak olublar. Ümumilikdə isə Suriyada münaqişə nəticəsində 113 mindən çox mülki vətəndaş həlak olub.

Təşkilat beynəlxalq ictimaiyyəti yetkinlik yaşına çatmayan suriyalı uşaqların qorunması istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR