Azərbaycanda 70-dən çox etnik qrup yaşayır

Azərbaycanda 70-dən çox etnik qrup yaşayır
# 27 sentyabr 2013 08:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Hazırda Azərbaycanda 70-dən çox etnik qrup yaşayır.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib.

O, qonşu Ermənistanın isə monodövlətə çevrildiyini, orada digər millətlərin yaşamasına imkan verilmədiyini vurğulayıb: “1988-ci ilə qədər Ermənistanda 250 minə qədər azərbaycanlı yaşayıb. Amma 11 ay ərzində azərbaycanlılar Ermənistandan qovulub”.

T. Süleymanov bildirib ki, Azərbaycanda tarix boyu dini, milli ayrı-seçkilik zəminində münaqişə qeydə alınmayıb: “Azərbaycanın hazırkı Konstitusiyasında da bu məsələlər ciddi tənzimlənir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR