TRT-nin Bakı təmsilçiliyi Seyid Yahya Bakuvi haqqında sənədli film çəkib - FOTO

TRT-nin Bakı təmsilçiliyi Seyid Yahya Bakuvi haqqında sənədli film çəkib  - <span style="color: red;">FOTO
# 13 yanvar 2014 16:53 (UTC +04:00)

Bakı – APA. TRT-nin Bakı təmsilçiliyi ilə TİKA-nın (Türk İşbirliyi və Koordinasiya Agentliyi Başkanlığı) ortaq layihəsi əsasında Seyid Yahya Bakuvi haqqında sənədli film çəkilib. TRT Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, sənədli filmi Azərbaycanın tanınmış rejissorlarından Nailə Əkbərova hazırlayıb.

Həftəlik hazırlanan “Qafqazlardan əsən yellər” proqramının budəfəki bölümü Seyid təxəllüsü ilə şeirlər yazmış, bizlərə 20-dən artıq əsər miras qoymuş mütəfəkkir Seyid Yəhya Bakuvinin həyat və irsini tanıtmağa həsr edilib. XI əsrdə Əbdülqadir Şührəverdidən etibarən 5 əsrə yaxın bir zaman içərisində təşəkkül edən xəlvətilik təriqətinin həqiqi qurucusu, Azərbaycan təsəvvüfünün yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biri Seyid Yəhya Bakuvidir. “Haqq aşiqləri ölməz”’ deyən Bakuvi haqqında hazırlanan proqram yanvarın 14-də Bakı vaxtı ilə saat 12:30-da “TRT AVAZ” kanalında yayınlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR