Ağdamda yaşayış evi yanıb

Ağdamda yaşayış evi yanıb
# 16 may 2014 15:13 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamın Xındırıstan kəndində yaşayış evi yanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün saat 16-17 radələrində baş verib. Kənd sakini Əmirova Təranə Baloğlan qızına məxsus iki mərtəbəli evin ikinci mərtəbəsi yanıb.

Birinci mərtəbə isə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən alovdan mühafizə olunub.

Yanğının hansı səbəbdən törəndiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR