Azərbaycan Diplomatiya Akademiyasında III Beynəlxalq Tələbə Festivalı keçirilib - FOTOSESSİYA

Azərbaycan Diplomatiya Akademiyasında III Beynəlxalq Tələbə Festivalı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 noyabr 2013 14:17 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Azərbaycan Diplomatiya Akademiyasında III Beynəlxalq Tələbə Festivalı keçirilib.

APA-nın məlumatına görə, festivalın keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaqdır.

Azərbaycanda akkreditə olunmuş bir çox səfirliklərin nümayəndələri festivalda iştirak edərək öz ölkələri, tarixləri, milli mətbəxləri və mədəniyyətləri ilə iştirakçıları tanış etdilər.

Qeyd edək ki, festival zamanı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan haqqında məlumat masası, Azərbaycan milli rəqsləri və Azərbaycan milli geyimləri də nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR