Rəsmi Tehran «Shell» və BP şirkətlərini İrana dəvət edib

Rəsmi Tehran «Shell» və BP şirkətlərini İrana dəvət edib
# 18 yanvar 2014 15:49 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bu barədə İranın «Mehr» agentliyi məlumat yayıb.

Hər iki şirkətə İranın neft naziri Bijan Zangənə (Bijen Zengene) tərəfindən rəsmi dəvət göndərilib.

Məlumatda qeyd olunub ki, 2013-cü ilin dekabrında OPEC-in Vyanada keçirilən toplantısında İranın neft naziri Norveçin «Statoil Hydro», İtaliyanın «Eni», Fransanın «Total», ABŞ-ın «Exxon Mobil» və «ConocoPhilips», Avstriyanın OMV və İsveçrənin «Vitol» şirkətləri ilə müzakirələr apararaq onları İrana dəvət edib.

Agentliyin xəbərinə görə, «Shell»və BP-nin İrana 2 mlrd. dollar borcu mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR