“Ayntraxt” – “Qarabağ” görüşünün vaxtı dəyişdirilib

“Ayntraxt” – “Qarabağ” görüşünün vaxtı dəyişdirilib
# 14 avqust 2013 06:54 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ”ın Almaniyanın “Ayntraxt” klubu ilə oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin Frankfurtda keçiriləcək cavab oyunu əvvəlcədən nəzərdə tutulduğundan 35 dəqiqə tez başlayacaq.


Belə ki, avqustun 29-da “Kommersbank-Arena” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 23:30-da start götürəcək. Bu oyun ilkin olaraq 00:05-ə planlaşdırılmışdı.

Qeyd edək ki, avqustun 22-də Bakıda keçiriləcək ilk matç saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR