Rusiyanın Samara vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 13 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Rusiyanın Samara vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 13 nəfər ölüb, 3 nəfər xəsarət alıb  - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 13 oktyabr 2013 04:59 (UTC +04:00)

Məlumata görə, mikroavtobusda olan 14 sərnişin Rusiyanın qonşu ölkələrindən birinin vətəndaşlarıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-in Samara vilayəti üzrə Baş İdarəsinin açıqlamasında deyilir.

“Qəza nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 12-si hadisə yerində ölüb, bir nəfər xəstəxanada keçinib, 3 nəfər isə rayon xəstəxanasına yerləşdirilib”, deyə qurumun saytında bildirilir.

“Mercedes” markalı yük maşını 50 yaşlı Qazaxıstan vətəndaşı tərəfindən idarə olunub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsi yolun kənarına düşüb. Mikroavtobusda yanğın baş verib.

“Mercedes” markalı yük avtomobilin sürücüsü də daxil olmaqla xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir. Qəzanın səbəbləri araşdırılır.

**** 03.49

Bakı-APA. Rusiyanın Samara vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-in Samara vilayəti üzrə Baş İdarəsinin açıqlamasında deyilir.

İlkin məlumata görə, Nijni Novqorod vilayətinə məxsus dövlət nömrə nişanlı “Toyota” markalı mikroavtobus qəfil qarşı hərəkət zolağına çıxaraq Qazaxıstandan gələn “Mercedes” markalı yük avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsi yolun kənarına düşüb. Mikroavtobusda yanğın baş verib.

“Mercedes” markalı yük avtomobilin sürücüsü də daxil olmaqla xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR