Azərbaycan dövlət başçısı Serbiyanın keçmiş prezidentini qəbul edib

Azərbaycan dövlət başçısı Serbiyanın keçmiş prezidentini qəbul edib
# 31 oktyabr 2013 13:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 31-də Serbiyanın keçmiş prezidenti Boris Tadiçi qəbul edib.

APA-nın məlumatına görə, B. Tadiç yenidən prezident seçilməsi münasibətilə İ. Əliyevi təbrik edib.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun ölkələr və xalqlar arasında dialoqun genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR