“Bank of Baku” yeni kredit kampaniyasına başlayır

“Bank of Baku” yeni kredit kampaniyasına başlayır
# 20 iyun 2014 14:16 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Əhalinin aşağı faizli nağd kreditə ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” 23 iyun 2014-cü il tarixindən etibarən “Ailə krediti” layihəsinə start verir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Ailə krediti” bir ailənin 2 və daha çox üzvünün birlikdə əldə etdiyi kredit məhsuludur. Kreditin əsas üstünlüyü illik faiz dərəcəsində 6%-dək endirim və daha böyük kredit məbləğdir.

Kredit üzrə ərizəçi kimi yalnız 1-ci dərəcəli qohumlar (ata, ana, bacı, qardaş, həyat yoldaşı və minimum yaşı 20 olan övladlar) iştirak edə bilər. Ərizəçi qismində “Bank of Baku”nun daimi müştəriləri və heç vaxt bankdan kredit almayan yeni müştərilər çıxış edə bilər.

Banka müraciət edən ailə üzvlərinin sayı artdıqca təqdim olunan kreditin məbləği də artır və hər yeni ailə üzvünə görə əldə edilən illik faiz dərəcəsində endirim yüksəlir. Maksimal endirim 6% təşkil edir. “Bank of Baku”nun tarixçəli müsbət müştərilərinə daha yüksək imtiyazlar nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR