İşğal nəticəsində iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti uzadılıb

İşğal nəticəsində iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti uzadılıb
# 10 fevral 2014 10:02 (UTC +04:00)

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərar 2014-cü il yanvarın 1-dən etibarən qüvvəyə minib.

Qərara əsasən, Ermənistan Silahlı Qüvvələri tərəfindən ərazilərin işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş, həmin müddətədək büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2015-ci il yanvarın 1-dək uzadılıb.

Aidiyyəti nazirlik, dövlət orqanları və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə məcburi köçkünlərin müvafiq boş iş yerlərində işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi də tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR