«Bank Technique» iki beynəlxalq mükafata layiq görülüb

«Bank Technique» iki beynəlxalq mükafata layiq görülüb
# 03 oktyabr 2013 09:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC beynəlxalq maliyyə nəşri olan «International Finance Magazine» tərəfindən Azərbaycanda «2013-cü ilin ən yaxşı internet bankı» (Best Internet Bank Azerbaijan 2013) və «2013-cü ilin ən innovativ bankı» (Most Innovative Bank Azerbaijan 2013) nominasiyaları üzrə qalib elan edilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, mükafatların təqdimat mərasimi dekabrın 18-də Dubay şəhərində (BƏƏ) keçiriləcək.

Mənzil-qərargahı Londonda yerləşən jurnal beynəlxalq maliyyə dairələri üçün xəbərlərin, analitik yazıların əsas mənbələrindən biri hesab edilir. Auditoriyası 150-dən artıq ölkəni əhatə edən elektron nəşrin ekspertləri ölkələrə dair illik hesabatlar hazırlayır, müxtəlif nominasiyalar üzrə reytinqlər tərtib edirlər.

Qeyd edək ki, bu, «Bank Technique»in bu il aldığı ilk beynəlxalq mükafat deyil. Belə ki, bir neçə ay öncə «Global Banking & Finance Review» beynəlxalq analitik portalı da «Bank Technique»i Azərbaycanda «2013-cü ilin ən dinamik inkişaf edən bankı» (Fastest Growing Bank Azerbaijan 2013) seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR