İranda 1241 məhbus əfv edilib

İranda 1241 məhbus əfv edilib
# 21 oktyabr 2013 06:47 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın ali dini lideri, Ayətullah Əli Xamneyi əfv fərmanı imzalayıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, Ayətullah Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə ali dini liderə məktubla müraciət edib.

Məktubda 1241 məhbusun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi xahiş edilib.

İranın ali dini lideri təklifi qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR