«Kapital Bank»ın bəzi filialları bayram günlərində işləyəcək

«Kapital Bank»ın bəzi filialları bayram günlərində işləyəcək
# 17 mart 2014 14:32 (UTC +04:00)

Bakı - APA-Economics. «Kapital Bank» ASC-nin bəzi filialları Novruz bayramı günlərində də müştərilərə xidmət göstərəcək.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, Bankın bəzi filialları martın 24-26-da müştərilərin xidmətində olacaq. Həmin filiallar Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar (1 saylı Sabunçu, 1 saylı Səbail, «Şuşa», 2 saylı Xətai, «Tərəqqi», 1 saylı Yasamal rayon filialları istisna olmaqla), Abşeron, Sabirabad, İmişli, Ağdam, Kəpəz, Saatlı, Xaçmaz, Cəlilabad, Lənkəran, Zaqatala rayon, Gəncə şəhər filiallarıdır.

Martın 24-26-da bu filiallarda kommunal xidmətlər, mobil rabitə, dövlət rüsumu, kredit borcu ödənişləri, təcili pul köçürmələri aparmaq, gündəlik tələbat krediti almaq, bankda əmanət yerləşdirmək olar. Bayram günlərində filialların iş rejimi fasiləsiz olaraq saat 10:00-dan 14:00-a qədər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR