Bakıda “Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans keçirilir - FOTO

Bakıda “Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda konfrans keçirilir - <span style="color: red;">FOTO
# 02 oktyabr 2013 08:53 (UTC +04:00)

APA-nın məlumatına görə, konfrans Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVİDF) ilə Mərkəzi Seçki Komissiyasının (MSK) tərəfindən təşkil olunub.

Toplantıda Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV rəhbərləri və ekspertlər də iştirak edirlər. Konfransı açıq elan edən KİVİDDF sədri Vüqar Səfərli bildirib ki, konfransın keçirilməsinə səbəb 9 oktyabrda keçiriləcək prezident seçkilərində jurnalistlərin hüquqlarını bir daha xatırlatmaq və maarifləndirmə işi aparmaqdır.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, seçkinin aşkarlığını təmin etmək üçün bütün şərait yaradılmalıdır: “Şəffaflıqdan danışanda bunu KİV-siz təsəvvür etmək mümkün deyil. Ancaq seçki prosesində KİV təmsilçilərinin məsuliyyəti, davranışı və hüquqları diqqət mərkəzində olmalıdır. İnanıram ki, bu konfrans gözlənilən nəticəni ortaya qoyacaq”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyib ki, jurnalistlərin seçkilərdə iştirak aktual məsələdir. O qeyd edib ki, Mətbuat Şurası seçki ilə bağlı gedən yazıların monitorinqini aparır. O qara “piar”la bağlı narahatçılıqlarını da ifadə edib.

MSK üzvü Azər Tağıyev isə bildirib ki, müşahidə zamanı aşkar olunan pozuntularla bağlı KİV nümayəndəsi Komissiyaya məlumat verə bilər: “Ona görə də müşahidəçilər kimi biz jurnalistlərin də yardımından istifadə etməliyik. Halbuki qanunvericilikdə göstərilib ki, KİV seçki prosesində iştirak edir. Müşahidəçilərin hüquqları seçki qanunvericiliyində daha genişdir. Ona görə də jurnalistlər tərəfindən seçki prosesində qanun pozuntu aşkar edirsə, müşahidəçi statusuna yaxın statusda çıxış edir və jurnalistlərə bu qanun pozuntuları ilə bağlı səlahiyyətli orqanlara müraciət etməyə də icazə verilir”.

A.Tağıyev qeyd edib ki, KİV təmsilçisi pozuntu ilə bağlı MSK sədrinə müraciət etməlidir: “Çünki qanun pozuntusu varsa, ona dərhal münasibət bildirilir. Jurnalist bu qanun pozuntusu barədə müşahidəçiyə də məlumat verə bilər. Qanunların hər birində məlumatı alma qaydaları, bunun müddəti müəyyən edilib. Amma seçki prosesində KİV nümayəndəsi məlumatı dərhal almalıdır. Seçki prosesində “dərhal institutu” çox önəmlidir. Bu prosesdə Seçki Məcəlləsi, seçki qanunları əsas götürülür. Çünki jurnalist seçki prosesində müşahidəçiyə çevrilir. Seçki prosesində KİV dərhal məlumat əldə etməli, KİV-i maraqlandıran məsələlərə səlahiyyətli orqanlar dərhal münasibət bildirməlidir”.

Tədbir diskussiyalarla davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR