Dağıstan prezidenti: “Azərbaycan-Rusiya əlaqələri istər iqtisadi, istər mədəni, istərsə də digər sahələrdə inkişaf edir”

Dağıstan prezidenti: “Azərbaycan-Rusiya əlaqələri istər iqtisadi, istər mədəni, istərsə də digər sahələrdə inkişaf edir”
# 23 iyun 2014 08:32 (UTC +04:00)

Bu gün Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu da bu əlaqələrə daha da təkan vermiş olacaq.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov bildirib.

O, deyib ki, iki ölkə arasında münasibətlərin dinamik inkişafında Azərbaycan dövlət başçısı İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin böyük əməyi var.

“Dağıstanın bu inkişafda rol aldığı üçün biz çox sevinirik. İnanıram ki, dostluq əlaqələrimiz bundan sonra da davam edəcək”, - deyə R. Abdulatipov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR