Tehranda İran-ABŞ Ticarət Palatası qeydiyyatdan keçirilib

Tehranda İran-ABŞ Ticarət Palatası qeydiyyatdan keçirilib
# 14 oktyabr 2013 09:37 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Tehranda İran-ABŞ Ticarət Palatası qeydiyyatdan keçirilib. APA-nın “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Milli Bankının sədri Vəliullah Seif bildirib.

Onun sözlərinə görə, bu addım iranlı və xüsusilə İran mənşəli ABŞ biznesmenləri arasında ticarət əlaqələrin sadələşdirilməsi və fəallaşdırılması üçün atılıb. O əlavə edib ki, qərar İran prezidenti Həsən Ruhaninin ABŞ-a səfərindən sonra qəbul olunub.

İran İxracatçılar Konfederasiyasının rəhbəri Əsədulla Əsgəri-Əvladi isə bildirib ki, İranla ABŞ arasında əlaqələr tam düzəlməyənə qədər bu cür ticarət palatasının təsis edilməsinin mənası yoxdur.

Bundan əvvəl mətbuatda H.Ruhaninin İranla ABŞ arasında birbaşa aviareyslərin bərpa edilməsi ilə bağlı göstəriş verilməsi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1979-cu ildə İranda baş verən İslam inqilabından sonra kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR