UEFA Super Kubokunun final oyununu idarə edəcək hakim məlum olub.
APA UEFA-ya istinadən xəbər verir ki, avqustun 12-də Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının qalibi “Aston Villa” arasında Avstriyanın Zaltsburq şəhərində keçiriləcək 2026 UEFA Super Kubokunun finalını somalili hakim Omar Abdulkadir Artan idarə edəcək.
Qeyd edək ki, futbol üzrə dünya çempionatında fit çalacaq hakimlər arasında yer alan somalili hakim ABŞ-a girişinə icazə verilməməsi ilə gündəmə gəlib. O, Afrika Futbol Konfederasiyası tərəfindən 2025-ci ildə ilin hakimi seçilib.