Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">YENİLƏNİB
# 25 avqust 2014 08:50 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün səhər 06-07 radələrində qeydə alınıb. “VAZ-2109” və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ 2109” markalı minik avtomobilində olan iki nəfər sərnişin - Beyləqan rayon sakinləri İbadlı Ramil Qubad oğlu və İsmayılov Amid Nizami oğlu hadisə yerindəcə dünyasını dəyişib. “VAZ-2109”un sürücüsü Rauf Qarayev ağır vəziyyətdə Ağcabədi Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. "Chevrolet"in sürücüsü və bir nəfər sərnişin yüngül xəsarət alıblar.

***

09:50

Bakı. Fuad Cəfərov – Azərbaycanda ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağcabədi şəhərində yol-nəqliyyat qəza hadisəsi baş verib. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ” markalı minik avtomobilin sürücüsü yaralı, 2 nəfər sərnişini isə qəza nəticəsində vəfat edərək deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü və 2 nəfər sərnişinin cəsədini avtomobildən çıxarmış, aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR