İsrailin Suriyaya aviazərbəsi nəticəsində 2 nəfər həlak olub

İsrailin Suriyaya aviazərbəsi nəticəsində 2 nəfər həlak olub
# 30 yanvar 2013 22:05 (UTC +04:00)

Bakı-APA. İsrail təyyarələrinin Suriyanın Caramay məntəqəsindəki araşdırma mərkəzinə zərbə endirməsi nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. Məlumata görə, zərbələr iki dəfə yanvarın 30-u səhər və axşam saatlarında endirilib. Binaya ciddi ziyan dəyib.

Suriya ordusunun yaydığı məlumata görə, sözügedən mərkəz bir neçə ay ərzində silahlı üsyançılar tərəfindən də ciddi hücuma məruz qalırmış.

Qərb mediası isə İsrail təyyarələrinin Suriya ordusuna məxsus avtokolona zərbə endirdiyini bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR