İlin əvvəlindən mobil operatorlar 582 mln. manata yaxın gəlir əldə edib

İlin əvvəlindən mobil operatorlar 582 mln. manata yaxın gəlir əldə edib
# 16 sentyabr 2015 08:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin ötən səkkiz ayı ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 77 mln. manatlıq xidmət göstərib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, göstərilən xidmətlərin 72,6%-i əhali sektoruna aid olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,8% artıb, bu sahədə əldə edilən gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə olunan gəlirlərin 54%-i və ya 581,7 mln. manatı mobil telefon rabitəsindən yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR