SKMF Oğuz rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

SKMF Oğuz rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
# 26 may 2015 06:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il mayın 21-də Oğuz rayonunun Yaqublu kəndində işgüzar forum keçirib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;

- 50 başlıq südlük istiqamətli müasir ailə fermer, taxılçılıq, üzümçülük, tərəvəzçilik və arıçılıq təsərrüfatlarının yaradılması;

- pendir, meyvəqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR