ABŞ Dövlət Departamenti: Ukrayna ərazisində raket əleyhinə müdafiə sistemi yerləşdirməyi planlaşdırmırıq

ABŞ Dövlət Departamenti: Ukrayna ərazisində raket əleyhinə müdafiə sistemi yerləşdirməyi planlaşdırmırıq
# 20 may 2015 20:39 (UTC +04:00)

Bakı-APA. ABŞ və NATO Ukrayna ərazisində raket əleyhinə müdafiə sistemi yerləşdirməyi planlaşdırmır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf bildirib.

“Nə ABŞ-ın, nə də NATO-nun bu kimi planı yoxdur. Məlumdur ki, raket əleyhinə sistem elementləri yalnız Alyansa üzv olan ölkələrdə yerləşdirilə bilər”, deyə M.Harf bildirib. Həmçinin M.Harf bildirib ki, NATO-nun raket əleyhinə müdafiə sistemi Rusiyaya qarşı yönəlməyib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov ABŞ hava hücumundan müdafiə sisteminin komponentlərinin Ukrayna ərazisində yerləşdirilməsi ilə bağlı məsləhətləşmələrin keçirilməsini istisna etmədiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR