Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb

Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb
# 12 iyun 2016 22:28 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə iyunun 12-də axşam saatlarında Şamaxı şəhərinin M.Ə.Rəsulzadə küçəsində, mərkəzi bazarın qarşısında qeydə alınıb.


“Mercedes” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən yolu keçən piyadanı, Elxan Baloğlanovu vurub.

Ağır bədən xəsarələri alan Elxan Baloğlanov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR