Azərbaycan prezidenti qazaxıstanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti qazaxıstanlı həmkarına başsağlığı verib
# 04 fevral 2013 15:57 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevə başsağlığı məktubu ünvanlayıb. APA-nın məlumatına görə, məktubda deyilir: “Almatı şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR