Məzahir Pənahov: “MSK-ya 150-yə yaxın sorğu xarakterli müraciət daxil olub”

Məzahir Pənahov: “MSK-ya 150-yə yaxın sorğu xarakterli müraciət daxil olub”
# 01 noyabr 2015 22:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Milli Məclisə keçirilən V çağırış seçkilərlə əlaqədar indiyə qədər 125 seçki dairəsi üzrə 5547 seçki məntəqəsindən 5056 seçki məntəqəsi hesabat verib.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

Beləliklə, 5056 protokol daxil olub, 2 milyon 692 min 978 bülleten sayılıb. Ölkə üzrə ümumi seçicilərin sayı isə 5 milyon 198 min 658 nəfərdir. Milli Məclisə bu gün keçirilən seçkilərdə respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.

M. Pənahov bundan əvvəl keçirilən parlament seçkiləri ilə müqayisədə səs verən seçicilərin sayının 6 faiz çox olduğunu bildirib: “Veb-kameralar arası kəsilmədən görüntüləri davam etdirib. Nəticə o oldu ki, MSK-ya 150-yə yaxın sorğu xarakterli müraciət daxil olub, hər hansı şikayət daxil olmayıb. Xoşagəlməz hallarla bağlı təbii ki, hansısa müraciətlər daxil olacaq və həmin müraciətlərə də sabah baxacağıq. İlkin nəticələr məntəqələrin 91 faizinə əsaslanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR