İndoneziyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

İndoneziyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb
# 18 avqust 2015 03:49 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Papua vilayətində qəzaya uğrayan ATR 42-300 təyyarəsinin qalıqları tapılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerli hüquq-mühafizə orqanları təyyarənin hava limanına enməyə 10 dəqiqə qalmış Oksibil şəhəri yaxınlığında qəzaya uğradığını bildirib.

“Trigana Air” aviaşirkətinə məxsus, göyərtəsində 54 sərnişin və ekipaj heyəti olan təyyarə avqustun 16-da yoxa çıxmışdır.

Hazırda təyyarənin qalıqlarının tapılması üzrə əməliyyat davam edir. Əməliyyatda 100-dək mütəxəssisin iştirak etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR