Gürcüstanın reinteqrasiya məsələləri üzrə naziri: “7-8 ilə azərbaycanlıların yaşadığı bölgələrdə gürcü dili problemi olmayacaq”

Gürcüstanın reinteqrasiya məsələləri üzrə naziri: “7-8 ilə azərbaycanlıların yaşadığı bölgələrdə gürcü dili problemi olmayacaq”
# 17 aprel 2013 16:51 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “7-8 ilə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə gürcü dili problemi olmayacaq”. Bu sözləri Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili APA-nın sualına cavab verərkən deyib. O, bölgədə yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiya olunması planları barədə məlumat verərkən azərbaycanlılara dövlət dilinin öyrədilməsində verdiyi dəstəyə görə ARDNŞ-ə minnətdarlığını bildirib.

P. Zakareişvili ARDNŞ-in Azərbaycandilli məktəbləri, eyni zamanda soydaşlarımızın yaşadığı kəndlərin təbii qazla təmin etməsini də yüksək qiymətləndirib: “Sosial şəraitin yaxşılaşdırılması azərbaycanlıların inteqrasiya sahəsində problemlərinin həlli deməkdir. ARDNŞ-ə bir daha minnətdarlığımı ona görə bildirmək istəyirəm ki, bu şirkət azərbaycanlıların inteqrasiya məsələsində bizə kömək edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR