Bakıda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 oktyabr 2014 10:31 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə beynəlxalq seminar öz işinə başlayıb.


"APA-Economics"in xəbərinə görə, 2 günlük tədbirdə Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilarların, 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının, Azərbaycanın dövlət orqanlarının rəhbər və səlahiyyətli şəxsləri, həmçinin informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.

DSMF-nin sədri Elman Mehdiyev ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edən hərtərəfli inkişaf siyasəti barədə geniş məlumat verib. E.Mehdiyev bildirib ki, İKT-nin uğurlu tətbiqi nəticəsində DSMF-nin bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə sosial birlik və sosial davamlılıq, ölkədə əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsi, inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulması, əhaliyə xidmət sahələrində şəffaflığın təmin olunması sahəsində aparılan islahatlardan söz açıb.

Prezident Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev vətəndaşların pensiya təminatının Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyib. O, son on il ərzində əldə olunan davamlı iqtisadi yüksəliş, həyata keçirilən islahatlar və sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinin ölkəmizdə sosial problemlərin həllində önəmli əhəmiyyətə malik olduğunu, pensiyaçıların rifah halının yaxşılaşmasına imkan yaratdığını vurğulayaraq Azərbaycanda sığorta-pensiya sistemində İKT-nin səmərəli tətbiqini qeyd edib.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin edilməsi, vətəndaşlara səmərəli dövlət xidməti göstərilməsi üçün “ASAN xidmət” yaradılıb və bu, ən uğurlu modellərdən biridir.

BSTA-nın nümayəndəsi Raul Ruggia-Frick söyləyib ki, elektron xidmətlərin tətbiqi dünya səviyyəsində sığorta-pensiya qurumları tərəfindən davamlı fasiləsiz xidmətlərin səmərəliliyi və effektivliyinin artırılmasını təmin etsə də, elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi, bununla yanaşı mobil xidmətlərdən geniş istifadə və digər bu kimi məsələlərdən qaynaqlanan vacib çağırışları da gündəmə gətirir. Qeyd edilən məsələlərin beynəlxalq seminarın işində ətraflı müzakirə olunacağı nəzərdə tutulur.

Sessiya Beynəlxalq Əmək Təşkilatının və DSMF-nin nümayəndələrinin də qatıldığı ətraflı müzakirələrlə davam edib.

Növbəti sessiya “İstənilən yerdə vətəndaşlarla interaktivliyin artırılması” məsələsinə həsr olunub. Sessiyanın gedişatında Rusiya Federasiyasının nümayəndəsi ölkəsində pensiya təminatı sahəsində elektron xidmətlər, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi ünvanlı sosial yardım proqramının yeni avtomatlaşdırılması konsepsiyası, Hollandiya Sosial Sığorta Bankının nümayəndəsi bu ölkədə sosial təminat sahəsində müştəri əsaslı xidmətlərin göstərilməsində İKT və elektron xidmətlərin rolu, DSMF-nin nümayəndəsi isə Fondun elektron xidmətləri ilə bağlı təqdimatlarında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Sessiyanın davamında həmin mövzuda, habelə informasiya texnologiyaları üzrə sahəvi yanaşmalara dair məsələlərlə bağlı İKT sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlərin də işirakı ilə panel müzakirələr aparılıb və iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Oktyabrın 23-də seminar öz işini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR