Yaponiya Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Yaponiya Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib
# 05 avqust 2014 08:38 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Yaponiya hökuməti Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunması qərarının təsdiqləndiyini açıqlayıb.

Bu qərara əsasən, Rusiyanın Yaponiyadakı aktivlərinin dondurulması və Krımda istehsal olunan məhsulların idxalına məhdudiyyət qoyulacağı gözlənilir.

Qeyd edək ki, keçən həftə Yaponiya XİN-i hökumətin Rusiyanın 2 şirkətinə və 40 fiziki şəxsə sanksiya tətbiq etdiyini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR