Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qubada və Lerikdə iftar süfrəsi təşkil edib - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qubada və Lerikdə iftar süfrəsi təşkil edib - <span style="color: red;">FOTO
# 24 iyul 2014 12:20 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı Ramazan ayı ilə əlaqədar Lerik rayonunda səfərdə olub. DQİDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, burada Səyyad Salahlı beş şəhid ailəsi ilə görüşərək, onlara Komitə adından bayram sovqatları təqdim edib. Daha sonra o, DQİDK tərəfindən təşkil olunan iftar süfrəsində din xadimləri, ağsaqqallar və ziyalılarla görüşüb.

Görüşdə dövlət-din münasibətlərindən danışan Səyyad Salahlı bildirib ki, hər bir Azərbaycan vətəndaşı ümummilli məsələlərdə birlik nümayiş etdirməli, ölkəmizin inkişafı naminə çalışmalıdır. Ölkə dindarları da milli-mənəvi dəyərlərin qorunması üçün əllərindən gələni etməlidirlər.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Quba rayonunda dindarlarla görüşüb. İftar süfrəsinə rayondakı dini icmaların sədrləri, din xadimləri, dindarlar, şəhid ailələri, müharibə veteranları və Quba rayon İcra Hakimiyyətinin əməkdaşları qatılıblar. İftar süfrəsində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib. Həmçinin iftar süfrəsində iştirak edən şəhid ailələrinə Dövlət Komitəsi adından Ramazan sovqatı payalanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR