Goranboyda 5 tondan çox narkotik xassəli bitki kolu aşkarlanaraq məhv edilib

Goranboyda 5 tondan çox narkotik xassəli bitki kolu aşkarlanaraq məhv edilib
# 04 iyul 2014 13:12 (UTC +04:00)

Goranboy. Teymur Zahidoğlu - APA. Goranboy rayonunun Mənəş kəndi ərazisində Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaş halda ümumi çəkisi 5 ton 200 kiloqram olan narkotik xassəli bitki müəyyən olunaraq məhv edilib. Xocalı RPŞ-dən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, “Xaşxaş-2014″ şərti adlı əməliyyat tədbiri nəticəsində sözügedən yaşayış məntəqəsinin ətrafında və yaxınlıqdakı sahələr baxış keçirilib və müəyyən olunub ki, bu ərazilərdə yabanı halda çətənə kolları artıb. Topalanan narkotik xassəli bitki kolları yandırılmaqla məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR