Son üç ildə ABB-nin Məlumat Mərkəzi 217 min müraciəti cavablandırıb

Son üç ildə ABB-nin Məlumat Mərkəzi 217 min müraciəti cavablandırıb
# 31 iyul 2014 13:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Məlumat Mərkəzinə son üç il ərzində 217 mindən artıq müraciət daxil olub və cavablandırılıb. Bu barədə “APA –Economics”ə bankın mətbuat xidmətindən məlumat verilib.


2014-cü ilin birinci yarımilliyinin sonuna olan statistikaya görə, Məlumat Mərkəzi tərəfindən 56 mindən artıq müraciət cavablandırılıb. Müraciətlərin 76%-i telefon zənglərinin payına düşür.

2014-cü ilin əvvəlindən qəbul olunan ümumi müraciətlərin 25%-i kredit məhsulları, 23,2%-i əmanətlər, 17%-i bank kartları, 11%-i elektron xidmətlərlə əlaqədar mövzuları əhatə edib.

Məlumat Mərkəzi həm də [email protected] elektron poçt ünvanına və bankın saytında yerləşən onlayn məsləhət xidməti vasitəsilə müraciətləri cavablandırır.

ABB Məlumat Mərkəzi irimiqyaslı fəaliyyətə 2011-ci ilin oktyabr ayından başlayıb. Mərkəz müştəriləri və potensial müştəriləri bankla bağlı müxtəlif mövzularda - bankın məhsul və xidmətləri, xidmət şəbəkəsi, cari kampaniyalar və s. haqda məlumatlandırır. Məlumat Mərkəzi layihəsi çərçivəsində bankın fəaliyyəti, xidmətlərin səviyyəsi və ya bankın məhsulları barədə təkliflər üçün də xüsusi bölmə ayrılıb.

Qeyd edək ki, müştərilər həftənin bütün günləri 24 saat ərzində stasionar telefonlardan (012) 437-79-00 və mobil operatorlardan (“Azercell”, “Bakcell” və “Narmobile-Azerfone”) *2265 (*BANK) nömrəsinə zəng edərək və ya [email protected] elektron poçt ünvanına yazaraq Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR