Bank Of Baku

Florentino Perez yenidən "Real Madrid"in prezidenti seçilib

"Real Madrid" klubunun prezidenti Florentino Perez

© APA | "Real Madrid" klubunun prezidenti Florentino Perez

# 07 iyun 2026 22:24 (UTC +04:00)

İspaniyanın "Real Madrid" klubunda prezident seçkiləri keçirilib.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisinin üzvləri klubun növbəti prezidentini müəyyənləşdirmək üçün səsvermədə iştirak ediblər.

Seçkidə hazırkı prezident Florentino Perez ilə iş adamı Enrike Rikelme mübarizə aparıb.

Bu, son 20 ildə "Real Madrid"də iki namizədin iştirak etdiyi ilk prezident seçkisi olub.

Florentino Perez səsverməni qalib başa vurub. O, səslərin 66.53 faizini toplayıb.

Qeyd edək ki, Florentino Perez 2009-cu ildən bəri keçirilən bütün seçkilərdə rəqibsiz qalaraq prezident postunu qoruyub. Enrike Rikelmenin namizədliyi isə "Real Madrid"də uzun fasilədən sonra rəqabətli seçki mühiti yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR