Taliban terrorçuları Pakistanda nəzarət-keçid məntəqəsinə hücum ediblər, 22 hərbiçi girov götürülüb

Taliban terrorçuları Pakistanda nəzarət-keçid məntəqəsinə hücum ediblər, 22 hərbiçi girov götürülüb
# 27 dekabr 2012 17:52 (UTC +04:00)

Bakı-APA. Taliban terrorçuları Pakistanın şimal-qərbində nəzarət-keçid məntəqəsinə hücum ediblər və 20 hərbiçini girov götürüblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bəzi mənbələrdə bildirilir ki, 30 hərbiçi oğurlanıb.

Pakistanda fəaliyyət göstərən, ekstremist “Təhriki-Taliban” təşkilatı İslamabaddan Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etməməyi və ölkə konstitusiyasını şəriət qaydalarına uyğun dəyişməyi tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR