Azərbaycanın baş prokuroru qısamüddətli məzuniyyətə çıxıb

Azərbaycanın baş prokuroru qısamüddətli məzuniyyətə çıxıb
# 09 oktyabr 2014 15:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın baş prokuroru Zakir Qaralov qısamüddətli məzuniyyətə çıxıb.

APA-nın məlumatına görə, hazırda baş prokuror vəzifəsinin icrasını müvəqqəti olaraq baş prokurorun birinci müavini Rüstəm Usubov həyata keçirir.


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyərək, baş prokuror Zakir Qaralovun yaxın günlərdə xidməti vəzifəsinin icrasına başlayacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR