«Bank of Baku» paytaxtda daha bir filial açıb

«Bank of Baku» paytaxtda daha bir filial açıb
# 18 fevral 2013 07:44 (UTC +04:00)

Bakı - APA-Economics. «Bank of Baku» ASC Bakı şəhərinin Xətai rayonu ərazisində yeni, «Həzi Aslanov» filialını açıb. Filial Məhəmməd Hadi küçəsi,80, «Həzi Aslanov» metro stansiyası yaxınlığında yerləşir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Həzi Aslanov» filialının açılışı münasibətilə «Bank of Baku»nun baş direktoru Fərid Əlizadə bildirib ki, bank özünün filial şəbəkəsinin genişləndirilməsini bir qədər öncə qəbul edilmiş yeni inkişaf strategiyası çərçivəsində həyata keçirir: «Yeni filialların yerləşdirilməsi məsələsini həll edərkən ilk növbədə müştərilər arasında keçirdiyimiz sorğunun nəticələrinə əsaslanırıq. 600 kv. metr sahəsi olan yeni filial ən müasir avadanlıqlarla təchiz edilib və bütün növ bank xidmətləri göstərir. Yaxın vaxtlarda isə müştərilərimizi daha bir filialın açılışına dəvət edəcəyik».

«Bank of Baku»nun «Həzi Aslanov» filialı bazar ertəsi-şənbə günləri saat 09:00-dan 17:00-dək (fasilə vaxtı 13:00-14:00) işləyir.

Qeyd edək ki, «Bank of Baku»nun Bakıdakı baş ofisi ilə yanaşı ölkə ərazisində 20 filialı fəaliyyət göstərir. «Bank of Baku»nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini və www.bankofbaku.com korporativ saytını ziyarət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR