Amerika Yəhudi Komitəsinin üzvləri Diasporla İş üzrə Dövlət Komitəsində olublar - FOTO

Amerika Yəhudi Komitəsinin üzvləri Diasporla İş üzrə Dövlət Komitəsində olublar - <span style="color: red;">FOTO
# 21 iyul 2015 10:16 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) nümayəndə heyəti bu gün Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.

Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan-İsrail münasibətlərinin inkişafında təşkilatın rolu, eləcə də Dövlət Komitəsi ilə AYK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev qurumun fəaliyyəti və dünyadakı yəhudi diasporu ilə sıx əlaqələri haqqında məlumat verib. Azərbaycandakı tolerantlıqdan danışan V.Hacıyev tarixən bu torpaqlarda müxtəlif xalqların və dinlərin nümayəndələrinin, eləcə də yəhudilərin qarşılıqlı anlaşma, hörmət şəraitində yaşadığını qonaqların diqqətinə çatdırıb.

Valeh Hacıyev Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb, Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı informasiya müharibəsinin aparılmasının, qərəzli bəyanatların verilməsinin, ümumiyyətlə təzyiqlərin gücləndirilməsinin qəbuledilməz olduğunu deyib.

AYK nümayəndə heyətinin rəhbəri, “ACCESS” şirkətinin direktoru Aleksis Hillari Frankel bildirib ki, hazırda bütün dünyada, hətta Avropa və Amerikada yəhudilərə qarşı ikili standartlar siyasətinin davam etdiyi bir vaxtda müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərə göstərilən xoş münasibət təqdirəlayiqdir.

Qeyd edək ki, Azərbaycana 3 günlük səfər çərçivəsində AYK nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, Azərbaycanın qədim tarixi abidələri ilə tanış olub, ABŞ, İsrail səfirliklərində və digər qurumlarda görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR