Ermənistan yığması İrəvanda çexlərə böyük hesabla məğlub olub

Ermənistan yığması İrəvanda çexlərə böyük hesabla məğlub olub
# 26 mart 2013 18:53 (UTC +04:00)

Bakı-APA. Bu gün futbol üzrə 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. B qrupunda çıxış edən Ermənistan yığması Çexiya millisini qəbul edib. Oyun 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Torları 47-ci və 81-ci dəqiqələrdə Vıdra və ikinci hissəyə artırılmış vaxtın 4-cü dəqiqəsində Kolarj vurublar.

Bu oyundan sonra Ermənistan yığması 4 görüşdən 3 xal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR