«Aztelekom»un şəbəkəsinə genişzolaqlı internet qoşulmalarının sayı son bir ildə 2,2 dəfə artıb

«Aztelekom»un şəbəkəsinə genişzolaqlı internet qoşulmalarının sayı son bir ildə 2,2 dəfə artıb
# 01 fevral 2013 10:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Aztelekom» İstehsalat Birliyinin telekommunikasiya şəbəkəsinə genişzolaqlı qoşulmaların sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 63 min istifadəçi və ya 2,2 dəfə artaraq 114 mini ötüb. «APA-Economics»in xəbər verdiyi kimi, bunu birliyin baş direktoru Məhəmməd Məmmədov bildirib.

M.Məmmədovun sözlərinə görə, hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirlərdə payı 21,9% təşkil edir, halbuki 2012-ci ilin əvvəlində bu göstərici 10,9% olub.

«İlin əvvəlindən «Aztelekom» İstehsalat Birliyinin şəbəkəsinə qoşulmaların sayı çox artıb. Biz özəl internet servis provayderlərinin biznesinin paytaxtın hüdudlarından kənarda inkişafı üçün bütün lazım olan şəraiti yaradırıq. Bu məsələdə başlıca aspekt internet xidmətləri tədarükçüsünün son istifadəçiyə geniş seçim təqdim etməsidir», - deyə M.Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR