“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib
# 15 fevral 2013 13:12 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, dəyişiklik barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, dəyişiklik dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri ilə bağlıdır.


Qanuna edilən əlavəyə görə, bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikatın verilməsi üçün 50 manat rüsum ödəniləcək.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR