Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi təklif olunur

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi təklif olunur
# 14 fevral 2015 16:30 (UTC +04:00)

Bakı - APA. Qazaxıstanda yaxın vaxtda növbədənkənar prezident seçkilərinin keçirilməsi təklif olunub.

APA-nın "Vlast" internet nəşrinə istinadən verdiyi xəbərə görə, belə bir təkliflə Qazaxıstanın Xalqlar Assambleyasının (QXA) sədr müavini Anatoli Başmakov çıxış edib.

Assambleyanın digər üzvü, millət vəkili Əhməd Muradov bildirib ki, QXA-nın bütün üzvləri yekdil qaydada təklifi dəstəkləyib.

"Təklif 2016-cı ildə prezident və parlament seçkiləri öncəsi seçkiqabağı kampaniyaların üst-üstə düşməsi ilə əlaqədar irəli sürülüb. Hesab edirik ki, seçkiqabağı kampaniyalar arasında kifayət qədər vaxt olmalıdır", - deyə Ə. Muradov bildirib.

Qazaxıstan parlamentinin sədr müavini Sergey Dyaçenko isə bildirib ki, təşəbbüsdən xəbərsizdir.

Qeyd edək ki, hazırkı prezident Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. Son seçkilərdə N. Nazarbayev seçicilərin 95,5% səsini toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR