Azərbaycanda "Kodsuz yayımlanan, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" təsdiqlənib

Azərbaycanda "Kodsuz yayımlanan, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" təsdiqlənib
# 10 aprel 2015 15:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Bu barədə APA-ya məlumat verən MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, iclasda “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın layihəsi təsdiq edilib: “İclasda “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən, “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb".

Eyni zamanda “Türkel TV” MMC-nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə də baxılıb. “Türkel TV” MMC-yə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR